image-n1karobka_ads
image-123
image-17562543774187647765_1200x630backend

Palmer: “Ferrari” mövsümün sonunda bəzi traslarda qələbə şansı qazana bilər

image-ad_qayo_720x110px

Mövsümün sonuna on mərhələ qalmış “Ferrari” hələ ki, F1-də ilk dördlükdə qələbə qazana bilməyən yeganə komandadır.

Doğru.az xəbər verir ki, keçmiş pilot və “F1 TV” eksperti Colion Palmer Şarl Lekler və Lyuis Hemiltonun birinci yer uğrunda mübarizə aparmaq şansı yüksək olan trasları açıqlayıb.

Palmer bildirib: “Kanada mərhələsindən sonra demişdim ki, ‘Ferrari’ bu il yarışı qazanacaq. Bu fikrimdə qalmaqdayam, çünki qarşıdakı bəzi traslar onların maşınına uyğundur. Ən azı Macarıstan trasında sürətləri vardı, amma yarış ərzində yol hündürlüyünün aqressiv tənzimlənməsi səbəbindən finişə çətinliklə çatdılar. Nəticədə Şarl Lekler nəzəri cəhətdən maşına uyğun olmayan trasda xal qazandı.”

Ekspert əlavə edib: “Düşünmürəm ki, Zandfortda ‘Ferrari’ sürətli olsun. Mən Monçanı və Sinqapuru gözləyərdim, çünki bu traslarda aşağı sürətli döngələr ‘Ferrari’yə qələbə şansı verəcək.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki