image-n1karobka_ads
image-123
image-8yhyjxqo9yucowdwbthqvsccqyxp6s6r3swi0hcn_1200backend

Keçmiş “Formula-1” pilotunun işi ilə bağlı şok detallar: superkarlar yoxa çıxdı

image-ad_qayo_720x110px

Fırıldaqçılıqda ittiham olunaraq hazırda həbsdə saxlanılan keçmiş “Formula-1” pilotu Adrian Zutilin işi ilə bağlı yeni detallar üzə çıxıb.

Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Zutilə məxsus doqquz ədəd superkar Monakodakı qarajdan naməlum şəraitdə yoxa çıxıb. Bildirilir ki, sabiq pilotun ailəsinə anonim telefon zəngi daxil olub. Özünü Vladimir kimi təqdim edən şəxs Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinə bağlı olduğunu iddia edərək, “adamlarının” avtomobilləri götürmək üçün Monakoya gələcəyini bildirib.

Bir müddət sonra bir neçə nəfər Zutilin Monakodakı qarajına gələrək avtomobillərin onlara təhvil verilməsini tələb edib. İddiaya görə, onlar ailəni hədələyib və fiziki zorakılıq da tətbiq ediblər. Davam edən təhdidlərdən sonra Zutilin ailəsi 31 dekabr 2025-ci il tarixində polisə müraciət edib.

Hazırda fakt Ştutqart Prokurorluğu və Baden-Vürtemberq polisi tərəfindən araşdırılır. İstintaq Monako hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində aparılır, hadisə ilə bağlı İnterpola da məlumat verilib.

Qeyd edək ki, Adrian Zutil 2025-ci ilin noyabr ayının sonunda həbs olunub. O, lüks avtomobillərlə bağlı fırıldaqçılıq və mənimsəmə ittihamları ilə üzləşib. Keçmiş pilot ittihamları qəbul etmir və istintaqla tam əməkdaşlıq etdiyini bildirir.

Xatırladaq ki, Monako və İsveçrə ərazilərində aparılan axtarışlar zamanı təxminən 20 avtomobil müsadirə edilib. Daha doqquz avtomobilin isə qarajda qaldığı bildirilib.

Mənbə: Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki