“McLaren” komandasını təmsil edən 24 yaşlı avstraliyalı pilot Oskar Piastri “Formula-1” tarixində antirekord müəyyənləşdirib.
Doğru.az xəbər verir ki, o, mövsüm ərzində 15 Qran-pri yarışında qalib olsa da, çempion adını qazana bilməyib.
Piastri beşinci mərhələdə – Səudiyyə Ərəbistanı Qran-prisində qələbə qazandıqdan sonra mövsüm liderliyini ələ keçirib. Lakin Meksika Qran-prisindən (20-ci mərhələ) sonra zirvəni tərk edib. Xatırladaq ki, ötən mövsüm Piastrinin komanda yoldaşı Lando Norris çempion olub.
DOĞRU.AZ




























