image-n1karobka_ads
image-123
image-ccttflbtddnaarf1yx58qabx58z7p4ttpjeqeiim_1200-1backend

Mixael Şumaxerin yarış maşını satışa çıxır – FOTO

image-ad_qayo_720x110px

“Formula-1″in yeddiqat dünya çempionu Mixael Şumaxerin yarış bolidi yanvarın sonunda “Sotheby’s” hərracında 5.5 milyon avrodan başlayan qiymətlə satışa çıxarılacaq.

Bu barədə rmsothebys.com saytına istinadən xəbər verir.

Şumaxer “Ferrari F310B” sükanı arxasında 1997-ci ildə Belçika Qran-prisində eyniadlı komandanın tərkibində çıxış edib. Maşın “Spa-Frankoşam” trasında təsnifat yürüşləri zamanı istifadə olunub.

Lotun təsvirinə görə, avtomobil 1999-cu ildə bir qrup kolleksiyaçıya satılıb. O vaxtdan bəri maşın bir neçə dəfə istifadə olunub: ABŞ-dəki tədbirlərdə və 2019-cu ildə Böyük Britaniyada Şumaxerin 50 illiyi şərəfinə keçirilən “Goodwood Speed Festival”da sürülüb.

Bolid yanvarın 28-də hərraca çıxarılacaq. “Sotheby’s” şirkəti onun 5.5 milyon avrodan 7.5 milyon avroya qədər məbləğə satılacağını gözləyir.

DOĞRU.AZ

image-2rdbt4o3h6a6swxym5cfggbcxpm1ec8tk904hvb2_640 image-moe0s5q1fj26zgcevln4anjtckzzczv2ki8ox5cn_640 image-hojep2nvlfgchvhfct026pm6kivsdjabsp4odx59_640 image-tavn3nnizfdlmqvdhi2psxvncfyt84s3k7cpeorv_640 image-pkue5dcdxrqb8vbwldsoms97wyrawdoapky5ehem_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki