image-n1karobka_ads
image-123
image-1758254620607848757_1200x630backend

Bakı Formula 1 Qran-Prisinə start verir

image-ad_qayo_720x110px

Bu gün Bakı doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.

Doğru.az xəbər verir ki, yarışda 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparacaq. Trekin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasındakı yarışda Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digər məşhur pilotlar iştirak edəcək. Trek 20 döngəyə malikdir, Azadlıq meydanından başlayaraq İçərişəhər və Qız qalası ətrafında dövr edir, Neftçilər prospektinə çıxaraq finiş xətinə çatır. Trekin ən geniş hissəsi 13, ən dar hissəsi isə 7,6 metrdir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən tras məşhur memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlığını və Xəzərin sahilboyu mənzərəsini izləyəcək. Start və finiş xətləri Azadlıq meydanında yerləşir, burada “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Yarış proqramı belədir: ilk gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu, sentyabrın 20-də Formula 1 sərbəst yürüşlər və Formula 2 sprint yarışı, ayın 21-də isə əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. İlk yarış Avropa Qran-Prisi adlandırılıb və almaniyalı Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Luis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri podiumun ən yüksək pilləsinə qalxıblar. 2020-ci il isə pandemiya səbəbindən keçirilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki