“Red Bull” komandasında növbəti mövsüm ciddi kadr dəyişiklikləri olacaq.
Doğru.az xəbər verir ki, xarici mətbuata istinadən, komanda yaponiyalı pilot Yuki Tsunoda ilə yollarını ayıracaq. Onu əlcəzairli gənc pilot İsak Hacar əvəzləyəcək.
21 yaşlı Hacar bu il Formula 1-də debüt mövsümünü keçirir və hazırda “Reysinq Bullz” komandasının üzvüdür. Gələn mövsümdən etibarən o, üçqat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olacaq.
Hazırkı mövsümdə Y.Tsunoda 33 xalla pilotlar sıralamasında 15-ci, İ.Hacar isə 51 xalla 10-cu pillədə qərarlaşıb.
DOĞRU.AZ




























