Niderland Qran-prisində “Ferrari” komandası mövsümdə doqquzuncu dəfə ən sürətli pit-stopu gerçəkləşdirib.
Doğru.az xəbər verir ki, Şarl Leklerin maşınında təkərlərin dəyişdirilməsi cəmi 2,10 saniyə çəkib. İkinci ən sürətli pit-stop da “Ferrari”yə məxsus olub və Leklerin maşınında xidmət 2,12 saniyə davam edib. Üçüncü yerdə “Racing Bulls” komandası qərarlaşıb (2,28 saniyə). Sonrakı yerlərdə isə “Kick-Sauber” (2,36), “Mercedes” (2,44), “Racing Bulls” (2,48) və “Mercedes” (2,50) komandaları yer alıb.
Mövsümdə ən yaxşı pit-stopların sayı komandalara görə belədir:
1. “Ferrari” – 9
2. “Kick-Sauber” – 2
= “Red Bull” – 2
= “McLaren” – 2
2025 mövsümünün ən sürətli on pit-stopu arasında isə “McLaren”in Lando Norris və Oskar Piastri ilə Macarıstanda reallaşdırdığı 1,94 saniyəlik nəticə liderdir.
Komandalara görə ən yaxşı pit-stopların reytinqi:
1. “McLaren” – 1,94 (Macarıstan)
2. “Red Bull” – 1,97 (Macarıstan)
3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı və Monako)
4. “Racing Bulls” – 2,08 (Çin)
5. “Kick-Sauber” – 2,13 (İspaniya)
6. “Alpine” – 2,15 (İspaniya)
7. “Mercedes” – 2,21 (Böyük Britaniya)
8. “Aston Martin” – 2,37 (Macarıstan)
9. “Haas” – 2,49 (Avstraliya)
10. “Williams” – 2,49 (Macarıstan)