image-n1karobka_ads
image-123
image-1758021759103944327_1200x630backend

Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrda keçiriləcək

image-ad_qayo_720x110px

Oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq.

Doğru.az xəbər verir ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş sərgidə 18 ölkədən 41 xarici təşkilat, 100-dən çox yerli nəşriyyat və kitab sənəti müəssisəsi iştirak edəcək.

Sərgidə Xalq yazıçıları, tanınmış gənc yazarlar və dünyaşöhrətli xarici yazıçılar çıxış edəcək. Tədbir çərçivəsində master-klaslar, kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları, eləcə də əməkdaşlıq platformaları təşkil olunacaq.

Sərgi müddətində 250-dən çox tədbirin keçirilməsi planlaşdırılır. Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları sərgidə iştirak edəcək.

Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslarla gediş-gəlişi təmin olunacaq. İş vaxtı 10:00-dan 20:00-dəkdir. Giriş ödənişsizdir.

Sərgidə iştirak üçün qeydiyyat sənədləri sentyabrın 25-dək təqdim edilməlidir. Əlavə məlumat üçün: (+99412) 147.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki