image-ads_n1karobka_mobile
image-1780723729634-be21ac136e97-sadiq-sadiqovbackend

Sadıq Sadıqovun ölümü ilə bağlı dəhşətli məqamlar

“Neftçi” PFK-nın sabiq prezidenti, “Neftçi” İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumatlar yayılıb.

Doğru.az xəbər verir ki, 60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur.

Bildirilib ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən hadisələr psixoloji durumuna mənfi təsir göstərib.

Məlumatlara əsasən, Sadıq Sadıqovun ölümündən əvvəl sosial şəbəkələrdə onun adı ətrafında geniş müzakirələr aparılırdı. Xüsusilə xaricdə yaşayan azərbaycanlı blogerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən bir sıra səs yazıları və digər materiallar yayılıb.

Qeyd edək ki, Sadıq Sadıqov uzun illər Azərbaycan idmanının və futbolunun tanınmış simalarından biri olub. O, müxtəlif dövrlərdə “Neftçi” PFK-nın prezidenti, “Neftçi” İdman Klubunun rəhbərliyində təmsil olunub, həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.\\bakupost.az

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki