Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” əsas raundda mübarizəyə başlayır.
Doğru.az xəbər verir ki, son ölkə çempionu ilk oyununu Portuqaliyada keçirəcək. Ağdam klubu Lissabonda “Benfika” ilə qarşılaşacaq. “Da Luş” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində İngiltərənin “Çelsi”, “Liverpul”, Almaniyanın “Ayntraxt”, Niderlandın “Ayaks”, İtaliyanın “Napoli”, İspaniyanın “Atletik” və Danimarkanın “Kopenhagen” klubları ilə də üz-üzə gələcək.
DOĞRU.AZ