BMT-nin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə və İsraildə baş verən hadisələri araşdıran beynəlxalq araşdırma komissiyası hesabat yayıb.
Doğru.az xəbər verir ki, sənəddə İsrailin aparıcı siyasətçilərinin, o cümlədən baş nazir Binyamin Netanyahunun Qəzza zolağında fələstinlilərə qarşı soyqırımı qızışdırdığı qeyd olunub.
Komissiyanın qənaətinə görə, İsrail prezidenti İsaak Hersoq, baş nazir Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qalant soyqırımı törətməyə təhrik ediblər. Lakin İsrail hakimiyyəti onları məsuliyyətə cəlb etmək üçün tədbir görməyib.
Eyni zamanda, ekspertlər bildiriblər ki, bütün İsrail siyasətçilərinin açıqlamaları araşdırmaya daxil edilməyib.
Xatırladaq ki, bundan əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletcher İsraili Qəzza zolağında aclıq yaratmaqda ittiham etmişdi.
DOĞRU.AZ