image-n1karobka_ads
image-123
image-17567270071289355252_1200x630backend

IDEA İctimai Birliyi tərəfindən Masallıda çaykənarı ərazi təmizlənib – FOTO

image-ad_qayo_720x110px

IDEA İctimai Birliyinin əməkdaşları və könüllüləri tərəfindən Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən bir hissəsində təmizlik aksiyası həyata keçirilib.

IDEA-dan AZƏRTAC-a verilən məlumata görə, iməcilik iştirakçıları şəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunub.

Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə çirkləndirir. Təşkil olunan təmizlik aksiyaları, sadəcə, tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda, dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir.

IDEA vətəndaşları bir daha yaşıl və sağlam gələcək naminə təbiətə qarşı həssas və məsuliyyətli yanaşmağa və ətraf mühitin çirklənməsi halları ilə rastlaşdıqda “1113 – Təbiətə Təcili Yardım” qaynar xətti vasitəsilə IDEA İctimai Birliyinə məlumat verməyə çağırır.

DOĞRU.AZ

image-17567270074393728199_1200x630 image-175672700793824191_1200x630 image-17567270073610436750_1200x630 image-17567270072674337759_1200x630 image-1756727007533444813_1200x630 image-17567270074126418134_1200x630 image-1756727007379320278_1200x630 image-175672700777383817_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki