image-n1karobka_ads
image-123
image-1758025522539442345_1200x630backend

Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub

image-ad_qayo_720x110px

Sentyabrın 16-da Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda torpağa tapşırılıb.

Doğru.az xəbər verir ki, dəfn mərasimində mərhum sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin rəsmiləri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər Hacı Murad Yagizarovun Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələri, teatr və kino sahəsində yaratdığı yaddaqalan obrazları xüsusi vurğulayıblar. Onun aktyorluq məharəti, səhnəyə olan bağlılığı və milli incəsənətimizin inkişafındakı xidmətləri minnətdarlıqla xatırlanıb.

Allah rəhmət eləsin!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki