image-n1karobka_ads
image-123
image-68c90dbcae5ac940c149e193backend

ABŞ maliyyə naziri: “Avropa rüsum tətbiq etsə, münaqişə 90 günə bitər”

image-ad_qayo_720x110px

ABŞ-ın maliyyə naziri Scott Bessent bildirib ki, Avropa Rusiya neftini alan ölkələrə ikinci dərəcəli rüsumlar tətbiq edərsə, Ukraynadakı münaqişə qısa müddətdə başa çata bilər.

Doğru.az xəbər verir ki, nazir bu barədə Reuters və Bloomberg-ə verdiyi müsahibəsində danışıb.

“Mən sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli ikinci dərəcəli rüsumlar tətbiq etsə, münaqişə 60 və ya 90 günə bitəcək”, – Bessent qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Politico Avropa İttifaqının Türkiyəni Rusiya neftinin idxalını dayandırmağa razı sala bilməyəcəyini yazmışdı. Həmçinin The New York Times ABŞ prezidenti Donald Trampın Rusiya əleyhinə sanksiyalarla bağlı Avropa ölkələri qarşısında qeyri-mümkün şərt qoyduğunu vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki