image-ads_n1karobka_mobile
image-image_940x_6a08151aa06febackend

Azərbaycanda təbii hadisələrdə 15 nəfər HƏYATINI İTİRDİ

2026-cı ilin I rübü ərzində respublika ərazisində 3326 təbii və texnogen mənşəli hadisə baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin hesabatında məlumat yer alıb.

Qeyd olunub ki, bu, 2025-ci ilin I rübü ilə müqayisədə 828 hadisə və ya 20% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər ölüb, 86 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki