image-n1karobka_ads
image-123
image-img-20250603-wa0339backend

Nəzərbəy Hacıağayev: “Məqsədimiz Cənab Prezident İlham Əliyevin çağırışına cavab verməkdir”

Bir müddət əvvəl Nəzərbəy Hacıağayevin rəhbərliyi ilə “Nəzər Media PromoLab Süni İntellekt və Marketinq Mərkəzi” təsis edildi. Təsis olunmuş mərkəzlə bağlı mərkəzin rəhbəri Nəzərbəy Hacıağayev Doğru.az saytına müsahibə verib:

-Cənab Prezident İlham Əliyev süni intellektin ölkəmiz üçün strateji əhəmiyyətini vurğuladı. Sizin mövqeyiniz nədir?

-Prezident İlham Əliyevin süni intellektlə bağlı çağırışı bizim üçün bir yol xəritəsidir. Bu, təkcə texnologiya deyil – bu, Azərbaycanın müasir dünya ilə ayaqlaşması, gənclərin rəqəmsal dünyaya inteqrasiyası və dövlətin rəqabət gücünün artırılmasıdır. Biz “Nəzər Media PromoLab Süni İntellekt və Marketinq Mərkəzi ” və digər platformalar vasitəsilə bu çağırışa cavab vermək üçün konkret layihələr üzərində çalışırıq.

-Hazırda bu istiqamətdə hansı işlər görülür?

-Hal-hazırda süni intellekt əsaslı media və reklam platforması qururuq. Burada sahibkarlar üçün AI ilə hazırlanmış posterlər, videolar, reklam mətnləri və sosial şəbəkə strategiyaları təklif olunacaq. Məqsədimiz həm yerli bazarı bu sahəyə alışdırmaq, həm də gənclərə AI texnologiyalarını gündəlik iş həyatına tətbiq etməyi öyrətməkdir. Artıq sınaq fəaliyyəti üçün seçdiyimiz şirkət mövcuddur. Şirkətdələ razılıq da əldə olunub. Ən qısa zamanda əməkdaşlığa başlayacağıq

-Sizcə, Azərbaycan üçün süni intellekt hansı imkanları açır?

-Bu texnologiya təkcə iqtisadiyyatı deyil, təhsili, səhiyyəni, idarəetməni, mediaya yanaşmanı köklü şəkildə dəyişə bilər. Biz gənc nəslə bu texnologiyadan istifadə etməyi öyrətsək, Azərbaycan regionda qabaqcıl mövqedə olacaq. Süni intellekt gələcəyin deyil, artıq bu günün texnologiyasıdır.

-Bu sahədə dövlət dəstəyinə ehtiyac varmı?

-Bəli, dövlət təşviqi bu sahədə dönüş yarada bilər. Startaplara dəstək, maarifləndirici proqramlar və dövlət qurumlarında süni intellekt əsaslı xidmətlərin tətbiqi bu sahənin inkişafını sürətləndirə bilər. Biz də öz növbəmizdə bu prosesə könüllü dəstək verməyə hazırıq.

-Son olaraq, nə demək istərdiniz?

-Məqsədimiz Prezident İlham Əliyevin çağırışına konkret addımlarla cavab verməkdir. Biz bu sahədə ölkəyə fayda verməyi və Azərbaycanın rəqəmsal xəritəsində öz izimizi qoymağı qarşımıza məqsəd qoymuşuq.

Zeynəb Abbasova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki