image-n1karobka_ads
image-123
image-img-20250626-wa0040backend

David Silvestrov: Ordu azadlığın dayağıdır

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tanınmış fəlsəfəçi və ictimai şərhçi David Silvestrov “Doğru.az”a müsahibəsində Ordu gününün dərin mənəvi-fəlsəfi təhlilini verib.

“Bu tarix, xalqın öz taleyinin sahibi olma qərarının rəmzidir,” – deyə o bildirir. Onun sözlərinə görə, 26 İyun təkcə bir hərbi qurumun yaranması deyil, suveren iradənin bədən tapması, xalqın özünü müdafiə haqqını rəsmi şəkildə bəyan etməsidir.

Ordu və azadlıq arasında əlaqəyə toxunan Silvestrov vurğulayıb ki, “Azadlıq – hüquqi anlayışdır, lakin onu qoruyan ordu olmadıqda, o yalnız kağız üzərində qalar. Ordu azadlığın sərhədində dayanan səssiz fəlsəfədir.”

Orduya yalnız “zor vasitəsi” kimi baxan yanaşmalara qarşı çıxan filosof qeyd edir ki, “Güc yalnız haqq üzərində qurulanda mənəvi dəyər daşıyır. Azərbaycan Ordusu bu gün həm müasir texnoloji imkanlara, həm də yüksək mənəviyyata malikdir.”

Silvestrov, həmçinin, Heydər Əliyev və Prezident İlham Əliyevin ordu quruculuğundakı fərqli yanaşmalarını belə şərh edib:

“Heydər Əliyev ordunu milli yaddaşın bir hissəsi olaraq formalaşdırdı, İlham Əliyev isə ona zəfər əzmini və tarixi ədaləti bərpa gücünü qazandırdı. Bu proses, fikirdən qələbəyə uzanan fəlsəfi bir təkamüldür.”

Müsahibənin sonunda David Silvestrov gənclərə çağırış edərək bildirib:

“Gənclər anlamalıdırlar ki, vətən sadəcə coğrafi məkan deyil – düşüncə, məsuliyyət və vicdan yüküdür. Hər bir gənc içində bir əsgər daşıyır – bu əsgər onun vicdanıdır.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki