Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla Moranlı kəndi ərazisində fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Doğru.az xəbər verir ki, polis Araz Qarayevin evə qanunsuz daxil olaraq 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 500 manat və 12 000 ABŞ dolları olan seyfi oğurladığını müəyyən edib.
Məlumata görə, oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev bir hissəsi ilə isə minik avtomobili alıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
DOĞRU.AZ