image-n1karobka_ads
image-123
image-68c9711702e8bd4238106309backend

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirir

image-ad_qayo_720x110px

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyalar tətbiq edə və vizasız rejimi dayandıra bilər.

Doğru.az xəbər verir ki, bunu brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib.

“Biz demokratiyanın kəskin geriləməsi ilə əlaqədar Gürcüstan hakimiyyətinə daha çox təzyiq göstərmək üçün müxtəlif variantları nəzərdən keçirməyə davam edirik”, – Hipper bildirib. O, mümkün tədbirlər kimi sanksiyaları və vizasız rejimin dayandırılmasını adlandırıb.

Onun sözlərinə görə, Tbilisi ilə siyasi əlaqələr xeyli azalıb və Gürcüstana maliyyə dəstəyi dondurulub. Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisi ilə strateji tərəfdaşlığı bərpa etməkdə hərəkətsiz qalmasını təəccüblü hesab edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki