image-n1karobka_ads
image-123
image-17581863925928331376_1200x630backend

“Neftçi” azarkeşlərinin hərəkətinə görə cərimələndi

image-ad_qayo_720x110px

AFFA İntizam Komitəsi “Neftçi”ni 8000 manat məbləğində cərimələyib.

Doğru.az xəbər verir ki, bu qərar Misli Premyer Liqasının IV turunda “Sabah”la (0:0) oyunda azarkeşlərin davranışları səbəbindən qəbul olunub.

Bakı klubunun fanatları meydançaya kənar əşyalar atıb və kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bunun nəticəsində “Neftçi”yə 3000 manat və 5000 manat olmaqla ümumilikdə 8000 manat cərimə tətbiq olunub.

Eyni iclasda “Şamaxı” – “Karvan-Yevlax” oyununda ev sahibi komandanın 4 oyunçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimələnib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki