“Origo” yazır ki, ukraynalıların Gürcüstana partlayıcı keçirməyə cəhd etməsi ilə bağlı vəziyyət Vladimir Zelenskinin gələcəyi üçün problemlər yaradacaq. Məqalədə qeyd olunur: “Zelenski bu qalmaqaldan sağ çıxacaqmı? Geri sayma davam edir.”
Doğru.az xəbər verir ki, Gürcüstan hakimiyyəti bu hadisəni ölkədə dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirib.
Bundan əvvəl Gürcüstanda Ukrayna xüsusi xidmət orqanlarına məxsus partlayıcı maddələr daşıyan yük maşını saxlanılıb. Nəqliyyat vasitəsində Türkiyədən 2,4 kiloqram heksogen gətirən iki Ukrayna vətəndaşı da həbs edilib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, respublikanın hakimiyyəti Ukraynadan atılan qeyri-dost addımlara görə izahat və cavab tələb edəcək.
DOĞRU.AZ