image-n1karobka_ads
image-123
image-17565818262914038867_1200x630backend

“At gücü” – klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib – FOTO

image-ad_qayo_720x110px

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti – Ağ Şəhər bulvarı – Heydər Əliyev Mərkəzi – Heydər Əliyev prospekti – Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb.

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.

Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub. Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasının tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur. Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA mükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinə görə “İrsin Təbliği Kubokuna” layiq görülüb.

ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması, beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb. Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramı təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan – çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman növü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn il Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq.

Tədbir Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunu Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.

Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişi süvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ən əfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ən fərqli avtomobili”, “1970-1980-ci illərin ən fərqli avtomobili”nin sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar mükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltif edilib.

Gecə konsert proqramı ilə davam edib. Səhnəyə məşhur tenorlar Vittorio Grigolo (İtaliya) və Yusif Eyvazov (Azərbaycan), eləcə də soprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifaları ilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsinin sevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Tədbir “Nazar Holdings”, “Volvo Cars”, “Azerbaijan Automobiles”, “Azpetrol” şirkətlərinin sponsorluğu, “Motor House”, “Green Car” mərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və “Nargis” jurnalının təşkilati dəstəyi ilə keçirilib.

DOĞRU.AZ

image-17565818213420913228_1200x630 image-17565818213874611624_1200x630 image-1756581821582855080_1200x630 image-17565818214045439564_1200x630 image-175658182154453203_1200x630 image-17565818235511144136_1200x630 image-1756581823429254422_1200x630 image-17565818232060946707_1200x630 image-17565818252794417278_1200x630 image-17565818253896328399_1200x630 image-17565818254255642225_1200x630 image-1756581825547546139_1200x630 image-17565818251853844358_1200x630 image-17565818255478815664_1200x630 image-17565818255301519226_1200x630 image-17565818261290525815_1200x630 image-17565818265074164824_1200x630 image-17565818264510255143_1200x630 image-17565818265857112252_1200x630 image-17565818265160263135_1200x630 image-17565818265567450907_1200x630 image-17565818265953429830_1200x630 image-1756581826439534960_1200x630 image-1756581826406712719_1200x630 image-17565818265158918240_1200x630 image-1756581826595597166_1200x630 image-17565818264668555213_1200x630 image-17565818261830634573_1200x630 image-17565818264676427487_1200x630 image-17565818264330501_1200x630 image-17565818265520225935_1200x630 image-17565818261898134655_1200x630 image-17565818264983733086_1200x630 image-17565818264150443369_1200x630 image-175658182668181487_1200x630 image-175658182662854348_1200x630 image-1756581826605015805_1200x630 image-175658182641407776_1200x630 image-17565818265790714953_1200x630 image-17565818264674314412_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki