Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Doğru.az xəbər verir ki, Kremlin məlumatına əsasən, liderlər Rusiya-İran əməkdaşlığının daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar və Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşmək barədə razılığa gəliblər.
Bildirilib ki, Vladimir Putin həmkarına ABŞ prezidenti Donald Trampla Ankoricdə keçirilən sammitin nəticələri barədə də məlumat verib.
Bundan əlavə, tərəflər İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Çinin Rusiyadakı səfiri Zhang Hanhui Tyantszində keçiriləcək tədbirin ŞƏT-in yaranmasından bəri ən böyük sammit olacağını bildirmişdi.
DOĞRU.AZ