image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240422-wa0089backend

Dilarə Cəbrayılova – “Koxlear implant daşıyıcılarının cəmiyyətə inteqrasiyası”

image-728x90px

Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Uşaqların sosial həyata uyğunlaşması müəyyən mərhələlər şəklində baş tutur.

Dünyaya gələn gündən uşaqlara lazımi imkanlar yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Uşaqların həm fiziki, həm də psixi inkişafı vacib amildir. Uşaqlar əvvəl ailənin, sonra cəmiyyətin güzgüsünə çevrilir. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmasını təmin edir.

Valideyn münasibəti bu inkişafı sürətləndirir, uşağın gələcək taleyinə birbaşa təsir göstərir.

Valideyn və övlad arasında bağlılığın və sevginin olması uşağın məsuliyyətli, sevgi dolu, digər şəxslərə hörmət etməyi bacaran, özgüvənli ,inamlı olmasına gətirib çıxarır.

Əsasən də gələcəkdə valideynlər yeniyetməlik dövründə təsadüf edilən problemlərlə üzləşməmək üçün övladları arasında sevginin bərabər bölünməsini, onlar arasında fərq qoyulmamasına çalışmalıdırlar.

Koxlear implant daşıyıcıları və valideynlərinin cəmiyyətə reinteqrasiyası əsasən məlumatlandırma və tövsiyələrilə başlanmalıdır. Cəmiyyətə bu prosesin önəmini və koxlear implantın səsləri eşitmə qabiliyyətini necə təmin etdiyini aydınlaşdırmaq vacibdir.

Həkimlər və xüsusi ixtisaslaşmış tibb işçiləri valideynlərə koxlear implant daşıyıcıları ilə bağlı məlumat verilməli və onlara uyğun məsləhətlər verilməlidir. Ailələrə, öz övladlarının özəl ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq üçün təlimlər və məsləhətlər təqdim edilməlidir.

Övladvə valideyn münasibətlərinin sağlamlaşdırılması əsasən sevgi və anlayışa əsaslanmalıdır. Övladın koxlear implant daşıyıcısı olması, onun ailədəki və cəmiyyətdəki mövqeyini dəyişdirməməlidir. Valideynlər övladlarına daim dəstək olmalıdır.

Ailəiçi əlaqələrə diqqət yetirmək, hər bir uşaq üçün eyni miqdarda sevgi və diqqət göstərmək, övladın özəl ehtiyaclarını başqalarınınki ilə müqayisədə əks etdirməmək önəmlidir. Bu, övladın özünü cəmiyyətə inteqrasiyasını təmin etməyə kömək edəcək və onun özəlliyini qəbul etməsi üçün sağlam bir əsas yaradacaq.

Ailə üzvlərinin, koxlear implant daşıyıcılarına dəstək olması və onların öz potensiallarını həyata keçirmələri üçün əhəmiyyətli bir rolu var. Ailə dəstəyi, onların özəl ehtiyaclarını başa düşmələrində və onlara daim dəstək olmalarında önəmli bir faktordur.

Cəmiyyətin koxlear implant daşıyıcılarına və onların ehtiyaclarına dair məlumatlandırılması, onların cəmiyyətdə daha rahat hiss etmələrinə və qəbul olunmalarına kömək edir.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, uşaqların formalaşmasında məktəb və ətrafdakı insanlar da çox böyük təsir göstərir. Sağlamlıq imkanların məhdud uşaqların cəmiyyətə inteqrasiyası və onların sosial stastusun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür.

Xüsusi dəstəyə ehtiycı olan həssas qrupa Azərbaycan cəmiyyətində münasibət müsbətdir.Eşitmə məhdudiyyətli uşaqların təhsilə cəlbində davamlılıq təmin edilir.Çünki təhsil bu sosial kateqoriya nümayəndlərinin cəmiyyətə uyğunlaşması, əmək fəaliyyətinə ,ailə həyatına hazırlanması üçün əsas vasitələrdən biridir.

Eşitmə məhdudiyyətli uşaqların və Koxlear implant daşıyıcıları üçün maneəsiz təhsil mühitinin yaradılması bu uşaqların sosiallaşması baxımından həyatı əhəmiyyət kəsb edir. Belə uşaqların təhsil imkanlarının yaradılması istiqamətində bir çox tədbirlər görülüb və davam etməkdədir.

Eşitmə məhdudiyyətli uşaqların keyfiyyətli təhsil almaları üçün bu prosesdə iştirak edən müəllimlərin peşəkarlıq səviyyəsinin də yüksəldilməsini şərtləndirir.

Ümumtəhsil ocaqlarında monitorinqlərin aparılması Koxlear implant daşıyıcılarının eşitmə məhdudiyyətli uşaqlar üçün yaradılan təhsil şəraitinin daim diqqətdə saxlanıldığına əsas verir.

Təhsil müəssisələrində ,uşaq inkşaf mərkəzlərində koxlear implant daşıyıcılarına və onların ailələri ilə mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi məqsədə uyğundur.
Koxlear implant daşıyıcıları ,eşitmə məhdudiyyətli uşaqların təhsili sahəsində dəstəkləyici texnologiyaların tətbiqi görülən işin effektivliyini artıran faktordur.

Bu baxımdan sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarındandır. Bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə iştirakı üçün şəraitin yaradılması onların həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir.

Uzun illər təhsil sahəsində çalışan biri kimi bildirmək istəyirəm ki, eşitmə məhdudiyyətli uşaqların, koxlear implant daşıyıcılarının cəmiyyətə inteqrasiyası üçün təhsil ocaqlarımızda mükəmməl şəratin yaradılması vacibdir . Unutmayaq k, belə uşaqların təhsil alması onlarda özünə inam hissini yaradır, gələcəkdə də onların məşğulluq kimi problemini də aradan qaldırılmış olur.

Sabiq millət vəkili
Bakı şəhəri 295nömrəli tam orta məktəbin direktoru
Dilarə Cəbrayılova

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki