image-2000x150px
image-123
image-ads_atlas
image-435094127_1424971238135684_6097220308877116399_nbackend

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

image-728x90px

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

“Ölkənin yeddi vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, həbslərin əksəriyyəti – 10-u Suriya ilə həmsərhəd Hatay vilayətində həyata keçirilib.

Qeyd edək ki, 2023-cü il iyunun 1-dən 2024-cü il aprelin 22-dək Türkiyədə İŞİD-ə qarşı 1 422 əməliyyat keçirilib, 2 991 nəfər saxlanılıb, onlardan 718-i terror fəaliyyətinə görə həbs edilib.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki