image-2000x150px
image-123
image-ads_atlas
image-1714057236736436502_1200x630backend

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib – FOTO

image-728x90px

Aprelin 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

General-polkovnik S.Kamaletdinov isə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında belə görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Qazaxıstandakı hərbi attaşesi polkovnik Zaur Kərimova “Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını təqdim edib.

DOĞRU.AZ

image-17140572365952822313_1200x630 image-17140572361946027182_1200x630 image-17140572364787113712_1200x630 image-17140572366510410268_1200x630 image-17140572363343334474_1200x630 image-17140572361996514428_1200x630 image-17140572365742228535_1200x630 image-171405723655159691_1200x630 image-17140572361807150833_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki