image-2000x150px
image-123
image-ads_atlas
image-yol-polisi4-450x250backend

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

image-728x90px

Paytaxtın Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün rayon dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyənləşdirilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki