image-ads_n1karobka_mobile
image-68ae51fa02e8bd47832c5a4ebackend

Böyük Britaniyada yəhudi icmasına edilən hücumda yeniyetmə yaralanıb

Britaniyanın cənubundakı kurort şəhəri Bornmutda yəhudi icmasına qarşı silsilə hücumlar baş verib.

Doğru.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, naməlum şəxs sinaqoqa gedən iki nəfərə yaxınlaşıb, onlara təhqiramiz ifadələr səsləndirib və pnevmatik tapançadan atəş açaraq bir yeniyetməni yaralayıb.

Hadisə nəticəsində gənc yüngül kəllə-beyin travması alıb.

Bundan əlavə, yəhudi icmasının nümayəndələrinin evlərinin divarlarına svastika işarələri çəkilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkədə antisemitizmə qarşı kifayət qədər mübarizə aparmamaqda qınamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki