image-n1karobka_ads
image-123
image-ap23011584657441-pic_32ratio_900x600-900x600-37612backend

Braziliya prezidenti: “Ukraynada münaqişə zamanla bitəcək”

image-ad_qayo_720x110px

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Brüsseldə jurnalistlərə bildirib ki, müxtəlif ölkələr Ukraynadakı münaqişədən bezməyə başlayıblar.

Onun sözlərini Bloomberg sitat gətirir.

Braziliya liderinin sözlərinə görə, münaqişə zaman keçdikcə başa çatacaq, sülh gələcək ki, bu da vasitəçilərin səyi nəticəsində yekunlaşa bilər.

“Dünya yorulmağa başlayır. Elə bir vaxt gələcək ki, sülh olacaq. Sonra Rusiya və Ukrayna ilə danışa biləcək bir qrup ölkə meydana çıxacaq”.

İyun ayında Luiz İnasio Lula da Silva bildirmişdi ki, Ukrayna və Rusiya arasında sülh sazişi hər iki dövlətin maraqlarını nəzərə almalıdır.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki