image-2000x150px
image-123
image-ads_atlas
image-2018-03-14t074919z_1278241855_up1ee3e0lq7gt_rtrmadp_3_germany-politics-pic_32ratio_900x600-900x600-38480backend

Bu gündən Almaniyada küçədə marixuana çəkməyə icazə verilir

image-728x90px

Bu gündən kannabis bitkisinin saxlanması və becərilməsi ilə bağlı qanun qüvvəyə minir.

Yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlər küçədə öz istifadələri üçün marixuana gəzdirə bilərlər (25 qramdan çox olmayaraq). Evdə maksimum üç  çətənə kolu yetişdirmək, yaxud öz ehtiyacları üçün 50 qrama qədər marixuana saxlamağa icazə verilir. Bitkinin adı qadağan olunmuş maddələr siyahısından çıxarılıb.

Artıq ictimai yerlərdə marixuana çəkməyə icazə verilir. Ancaq gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə qadağandır.

Yeni qaydalar alman cəmiyyətində birmənalı qarşılanmayıb. Həmçinin müxalifət,  federal torpaqlarda müxtəlif təşkilatlar marixuananın leqallaşdırılmasına qarşı çıxıblar. Onların fikrincə, yeni qaydalar cinayətlə mübarizəyə mənfi təsir edəcək.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki