image-n1karobka_ads
image-123
image-35875_mty4odvizd_11backend

Bursada güclü meşə yanğını: 1700-dən çox insan təxliyə olundu

image-ad_qayo_720x110px

Türkiyənin qərbində, Bursa şəhəri yaxınlığında baş verən güclü meşə yanğını səbəbindən 2000-ə yaxın insan təxliyə edilib.

Doğru.az xəbər verir ki, Karahıdır, İğdır və Avdancık kəndlərində 480 evin 1765 sakini təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb.

Yerli hakimiyyət orqanları bildirib ki, təxliyyə olunanlar üçün ərzaq və digər zəruri yardımlar təmin olunub. Yanğın iyulun 26-da, şənbə günü Gürsu və Kestel bölgələri yaxınlığında yerləşən dağlıq ərazidə başlayıb. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki