Buryatiya Meşə Təsərrüfatı Agentliyi bölgədəki bütün meşə yanğınlarının söndürüldüyünü açıqlayıb.
Doğru.az xəbər verir ki, son 24 saat ərzində respublikada yeni meşə yanğınları qeydə alınmayıb.
Məlumata görə, Bauntovski Evenki rayonunda ümumilikdə 709 hektar sahədə baş vermiş yanğın söndürülüb. Bununla yanaşı, Buryatiyanın meşə fondu ərazisində xüsusi yanğından mühafizə rejimi hələ də qüvvədədir.
Bundan əvvəl Stavropolda 50 hektar ərazini əhatə edən açıq yanğın da söndürülüb.
DOĞRU.AZ