Çeçenistanda yanacaq çəni partlayan yanacaqdoldurma məntəqəsinin sahibi saxlanılıb.
Bu barədə Rusiyanın Çeçenistan Respublikası üzrə İstintaq İdarəsindən məlumat verilib.
Rusiya İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə istintaq orqanları təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olan işləri görməkdə şübhəli bilinən 55 yaşlı yanacaqdoldurma məntəqəsinin sahibini saxlayıblar.
Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Oktyabrın 12-də Qroznıda yanacaqdoldurma məntəqəsində yanacaq çəni partlayıb , ikisi uşaq olmaqla dörd nəfər həlak olub.
Mənbə RT rusca