Çeçenistanın Naurski rayonunda yanacaq doldurma məntəqəsində yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikası üzrə İstintaq Komitəsi məlumat yayıb.
“Naurski rayonunun Novoterskoye kəndindəki yanacaqdoldurma məntəqəsində (QFS) yanacaq çənində alovlanmayan qaz partlaması baş verib, nəticədə binada olan 3 nəfər ölüb”, – idarədən bildiriblər.
Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi açılıb.
12 oktyabr 2024-cü ildə Qroznıda yanacaqdoldurma məntəqəsində yanacaq çəni partladı . Bundan sonra partlayış yerində yanğın başlayıb. Dörd nəfər ölüb.
DOĞRU.AZ