image-n1karobka_ads
image-123
image-689a5bc102e8bd5da66fb5b1backend

Cənubi Çin dənizində iki Çin hərbi gəmisi toqquşdu

image-ad_qayo_720x110px

Cənubi Çin dənizində Filippin gəmisini təqib edən iki Çin hərbi gəmisi toqquşub.

Doğru.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, Çin Sahil Mühafizəsinə (CCG) məxsus 3104 nömrəli gəmi BRP Suluan kimi tanınan Filippin gəmisini yüksək sürətlə təqib edib.

Tezliklə o, Filippin gəmisinin sağ tərəfində “riskli manevr” edərək, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisi ilə toqquşub. Nəticədə CCG gəmisi zədələnib və dənizdə üzmək üçün yararsız elan olunub.

Hadisə mübahisəli Skarboro rifi ərazisində baş verib. Qeyd edək ki, bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmiləri Asiya-Sakit okean regionunda patrul xidmətinə başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki