Almaniyanın Tagesschau nəşrinə görə, Çexiyada hepatit A hallarında kəskin artım müşahidə olunur, artıq 30-dan çox ölüm hadisəsi qeydə alınıb.
Doğru.az xəbər verir ki, hesabatda bildirilir: “Bu il Çexiyada üç minə yaxın hepatit A hadisəsi qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə 20 dəfə çoxdur. Onlardan 32 nəfər ölüb, əsasən yaşlı kişilər”.
Qeyd olunur ki, yoluxma epidemiyası yazda evsizlər və narkomaniyadan əziyyət çəkən insanlar arasında başlayıb, lakin sonradan bütün ölkə əhalisinə yayılıb.
Hepatit A qaraciyərə təsir edən kəskin yoluxucu xəstəlikdir. Virus çirklənmiş qida, su və ya məişət əşyaları vasitəsilə ötürülür.
Xatırladaq ki, əvvəllər Kubada çikunqunya və deng qızdırması epidemiyasının episentrində Rusiyadan 1500 turistin olduğu bildirilirdi.
DOĞRU.AZ




























