image-2000x150px
image-123
image-ads_atlas
image-b04e47df-7fe8-33bb-a6e4-185141198dda_850backend

Çexiyalı qapıçı: “Qarabağ”la qarşılaşmaq istəmirdim”

image-728x90px

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offunda “Viktoriya” (Plzen) komandası ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim”.

Bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun qapıçısı Tomaş Vatslik şəxsi feysbuk hesabında yazıb.

33 yaşlı qolkiper ilk vaxtlar bu turniri arzulamadıqlarını bildirib: “Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. “Olimpiakos”un ambisiyaları hər zaman yüksəkdir”.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki