Sakit okeanda Çili sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib.
Açıqlamada qeyd olunur ki, yeraltı təkanların mənbəyi iki km dərinlikdə olub. Eyni zamanda təbii fəlakətin episentri 3,3 minə yaxın insanın yaşadığı Anqa-Roa qəsəbəsindən 896 km aralıda yerləşib.
Təbii fəlakət zonasındakı vəziyyətlə bağlı digər təfərrüatlar dəqiqləşdirilməyib. Yerli hakimiyyət nümayəndələri bu məsələ ilə bağlı heç bir şərh verməyiblər, o cümlədən sunami təhlükəsi barədə əhaliyə xəbərdarlıq etməyiblər.
Mənbə: TASS