Çeçenistan Respublikası UFC orta çəki çempionu Həmzət Çimayevin avtomobil qəzasında öldüyü barədə yayılan xəbərləri təkzib edib.
“Chechenistan Today” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb. Doğru.az xəbər verir ki, idmançının hazırda Rusiyadan kənarda olduğu bildirilib.
Portalın mənbəsi qeyd edib: “O, Dubaydadır. Vəziyyəti yaxşıdır”. Qeyd edək ki, bir müddət əvvəl sosial mediada Qroznıda Çimayevin iştirakı ilə baş verən ağır qəza xəbərləri yayılmışdı.
DOĞRU.AZ




























