image-n1karobka_ads
image-123
image-68fa171f02e8bd44c90eca37backend

Çin Avropa İttifaqının yeni sanksiyalar paketinə kəskin etiraz edib

image-ad_qayo_720x110px

Pekin, Çin şirkətlərinin Rusiyaya qarşı Avropa İttifaqının 19-cu sanksiyalar paketinə daxil edilməsinə sərt reaksiya verib.

Doğru.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun açıqlama yayıb.

Nazirlik rəsmisi bildirib ki, Çin bununla bağlı ciddi narazılığını və qəti etirazını ifadə edib, məsələ ilə əlaqədar Aİ-yə rəsmi bəyanat təqdim olunub.

Quo Jiakun vurğulayıb ki, Çin Ukrayna münaqişəsində nə təhrikçi, nə də iştirakçıdır, heç bir tərəfə silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

Pekin həmçinin qeyd edib ki, Rusiyaya qarşı təzyiqlər Ukraynadakı münaqişənin həllinə xidmət etmir.

Xatırladaq ki, oktyabrın 23-də Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Reuters məlumatına görə, bu paketə dörd Çin şirkəti, o cümlədən iki neft emalı zavodu da daxil edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki