image-n1karobka_ads
image-123
image-ilham-eliyevbackend

Cinayət-Prosessual Məcəlləyə iki fəsil əlavə edildi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsil əlavə edilib.

President.az xəbər verir ki, bu barədə məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda yer alıb.

Dəyişikliyə əsasən, cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki