image-n1karobka_ads
image-123
image-leapmotor-c10-reveals-530-km-of-range-cnc-pic_32ratio_900x600-900x600-47004backend

Çində BMW X3 krossoverinə rəqibin satışına başlanılıb

image-ad_qayo_720x110px

Çin bazarında Leapmotor C10 krossoverlərinin satışına başlanılıb.

Bu barədə Carnewschina.com xəbər verir.

2024-cü ilin üçüncü rübündə model Avropa bazarında peyda olacaq.

Beş yerlik orta ölçülü krossover Dördyarpaqlı yonca platformasında qurulub. Avtomobilin uzunluğu 4739 mm, eni 1900 mm, hündürlüyü 1680 mm, təkər bazası 2825 mm-dir. Modelin əsas rəqibi BMW X3 olacaq. Qeyd olunur ki, yeni məhsulun əsas üstünlükləri yüksək təhlükəsizlik, geniş daxili sahə, akkumulyatoru tez doldurmaq imkanıdır.

Avtomobil arxa oxda elektrik mühərriki ilə təchiz olunub. Onun gücü 231 at gücünə bərabərdir. Krossoverin güc ehtiyatı 530 km-dir. Dartma batareyasının 80%-ə qədər doldurulması 30 dəqiqə çəkir. Hibrid versiyası da elan edilib. Model həmçinin Avropa, Yaxın Şərq və ABŞ-da da təklif olunacaq.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki