image-2000x150px
image-123
image-ads_atlas
image-59-pic_32ratio_900x600-900x600-23995backend

Çində böyük güc ehtiyatına malik yeni Exeed sedanı təqdim edilib

image-728x90px

Chery-nin yeni elektrik sedanı Exeed Sterra ES Quançjou avtosalonunda təqdim olunub.

Bu barədə Carnewschina.com xəbər verir. Çində avtomobilin qiyməti 248 min yuana  olacaq.

Sterra ES-in uzunluğu 4945 mm, təkər bazası 3000 mm-dir. Elektromobil iki versiyada təqdim ediləcək: bir motorlu və iki təkərli, həmçinin iki mühərrikli və tam ötürücülü. Avtomobilin maksimal məsafəsi 995 km-dir, sürətli doldurma rejimində akkumulyator beş dəqiqə ərzində 150 ​​km məsafəyə kifayət edən enerji toplaya bilir.

Salonda Qualcomm Snapdragon 8295 çipi və Huawei şirkətinin Harmony OS əməliyyat sistemi ilə təchiz edilmiş 15,6 düym diaqonallı multimedia ekranı var. Yeni avtomobil beş kuzov rəngində mövcuddur: mavi, yaşıl, qara, boz və ağ.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki