Çançjou şəhərində (Çin) ildırım vurması nəticəsində 6 nəfər həlak olub.
RİA Novosti bu barədə Çançjou İqtisadi İnkişaf Zonasının administrasiyasına istinadən yazır.
Daha on vətəndaşın xəsarət aldığı qeyd edilir.
Fangmaoshan parkında ildırım besedonu vuraraq uçub. Dağıntılar altında elə insanlar olub ki, dağılmadan bir qədər əvvəl yağışdan ora sığınmaq qərarına gəliblər.
Bundan əvvəl Suxumun bir hissəsi və Abxaziyanın qərbi ildırım vurması səbəbindən elektriksiz qalmışdı.
DOĞRU.AZ