image-n1karobka_ads
image-123
image-photo_248370backend

Çində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Çinin Henan əyalətində polad zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarına istinadən yazır.

Qeyd olunur ki, şəhərin sənaye parkında yerləşən müəssisələrdən birində partlayış baş verib.

Alüminium çubuqların istehsalı zamanı kristalizator partlayıb.

5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bundan əvvəl Polşanın Lodz Voyevodalığının Vola Laska kəndində kimyəvi tullantılar sahəsində yanğın baş verib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki