Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Seysmik hadisənin episentri 135 minə yaxın insanın yaşadığı Tumşuk kəndindən (Sincan-Uyğur Muxtar Rayonu) 110 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.
Mənbə: A Haber