image-n1karobka_ads
image-123
image-dagistan_1backend

Dağıstanda torpaq sürüşməsi: 53 kənd yoldan təcrid olunub

Dağıstanda baş verən torpaq sürüşməsi bölgədə ciddi fəsadlara səbəb olub – 53 kəndin yol əlaqəsi kəsilib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Çarodinski və Qunibski rayonlarının sərhədində, Kullab kəndi yaxınlığında baş verib. Sürüşmə nəticəsində Qunib-Tsurib magistral yolu iri qaya parçaları ilə bağlanıb.

Rəsmi məlumatda qeyd olunur ki, Çarodinski rayonunun 53 yaşayış məntəqəsində 14 052 nəfər hal-hazırda digər bölgələrlə yol əlaqəsindən məhrumdur.

Fövqəladə hallar xidmətləri artıq əraziyə cəlb olunub və yolun təmizlənməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, bundan əvvəl də Dağıstan dağlarında qaya uçması səbəbindən iki nəfərin xəsarət aldığı bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki