Tədqiqatçılar dəniz yosunun min illərdir Avropada adi bir qida olduğunu müəyyən ediblər. Onlar İspaniyadan Litvaya qədər insan qalıqlarının dişlərində bu məhsulun imzalarını tapıblar.
Bu barədə Nature Communications jurnalında dərc olunan məqalədə deyilir.
Dəniz yosunu artıq gurme yemək kitablarında görünən Qərb mətbəxində qeyri-adi tərkib hissəsi hesab edilə bilər. Amma məlum olur ki, dəniz yosunu min illərdir ki, Avropada adi qida məhsulu olub.
Bu kəşf sürpriz oldu, çünki ənənəvi olaraq Neolit dövründə kənd təsərrüfatının inkişafının su ehtiyatlarının tükənməsinə səbəb olduğuna inanılırdı. 18-ci əsrdə dəniz yosunu acların yeməyi hesab olunurdu.
Arxeoloji ərazilərdə olan elm adamları əvvəllər dəniz yosunu izlərini tapmışdılar, lakin onun nə üçün istifadə edildiyi bəlli deyildi və onun yanacaq və gübrə kimi xidmət etdiyi güman edilirdi. Lakin yeni bir məqalə dəniz yosunun Avropanın bir çox yerində yeyildiyini sübut edir.
“Bu biomarkerlər diş daşlarında tapılır” dedi işin müəlliflərindən biri.
Mənbə: Gazeta.ru