image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_10-1backend

Deputat icra başçısını tənqid etdi: “Rayonu talayıb-çapırlar…”

image-728x90px

“Bizim Qərbi Azərbaycandan deportasiyamız zamanı yaxın qohumlarımın bir qismi Tərtər rayonunun Bəyim Sarov kəndində məskunlaşdılar. Təsərrüfatla məşğul olurlar, torpaq icarəyə götürüb əkirlər. Dünən yaxın qohumun mənə telefon açaraq əkdiyi taxılın susuzluqdan tələf olduğunu bildirdi. Onun xahişini Rayonun İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova çatdırdım.

Doğru.Az xəbər verir ki, bu barədə deputat Etibar Əliyev “Facebook”da yazıb. O, Tərtərin icra başçısı Müstəqim Məmmədovun yarıtmaz fəaliyyətindən gileylənib.

“Başçının mənə söylədiklərindən dəhşətə gəldim. Bəlli oldu ki, artezian qurğusunun kabeli kəsilib oğurlandığından bunu edə bilmirər: “Kamera quraşdırıb oğrunu tutmuşuq” dedi. Oğru tutulub, lakin 2 ay keçməsinə baxmayaraq bunlar 4-5 metrlik kabel tapıb artezianı işə sala bilmirlər. Taxıl, arpa, kartof susuzluqdan yanır. Sonra da deyirik ki, kəndli əkib-becərmir!”, – deyə deputat bildirib.

E.Əliyev qeyd edib ki, rayonu talayıb-çapırlar, amma 5 metr kabel tapıb artezianı işə salmağa maraq göstərmirlər: “Kəndli isə təsərrüfatı kimi qovrula-qovrula qalır. Müstəqimlər həyəcan təbili çalan kəndlini qəbul etməyi belə şəstlərinə sığışdırmırlar. Postelmarvəliyev dövrü nə zaman başa çatacaq?”, – millət vəkili yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki