image-n1karobka_ads
image-123
image-347059166512552backend

Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan supermarket yanıb

Ukrayna hərbçilərinin atəşə tutması nəticəsində Donetskin Kiyev rayonunda supermarket yanıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, binanın parçaları bir neçə on metr radiusda ətrafa səpələnib.

Supermarketlə yanaşı, yaxınlıqdakı avtoyuma binalarına, texniki stansiyalara və xəstəxanalara da ziyan dəyib.

Bundan əvvəl Qorlovkanın meri İvan Prixodko  Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində dörd kəndin qismən işıqsız qaldığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki